Kaliforniyada təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub
09.07.2023 [13:40]
AZƏRTAC xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, təyyarə Las-Veqasdan havaya qalxıb və San Dieqodan yüz kilometr aralıda qəzaya uğrayaraq alovlanıb.
Xilasedicilər qısa müddətdə faciə yerinə gəlsələr də, heç kəsi xilas etmək mümkün olmayıb. Təyyarədə olan 6 nəfər həlak olub və onların şəxsiyyəti hələ ki açıqlanmayıb.