DÜNYA


Özbəkistanda prezident seçkiləri keçirilir

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, 10 min 784 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.
Səsvermə saat 20:00-dək davam edəcək.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparırlar.