Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kutaisi aeroportunu su basdı

12.07.2023 [12:38]

Güclü yağış, dolu və külək paytaxt Tbilisi də daxil olmaqla, Gürcüstanın bütün bölgələrində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində Kutaisi beynəlxalq hava limanını su basıb, bir neçə reys təxirə salınıb. Müvafiq strukturlar aeroportda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub.
Batumidə isə ağaclar və işıq dirəkləri aşıb. Nəticədə 6 minik avtomobilinə, bir neçə sosial obyektlərə ciddi ziyan dəyib.