DÜNYA


Kiyevə kamikadze dronları ilə kütləvi hücum olub, ölən və xəsarət alanlar var

İyulun 13-nə keçən gecə Ukraynanın paytaxt Kiyevə kamikadze dronları ilə kütləvi hücum edilib.
AZƏRTAC xəbər verir ki, gecə saatlarında hava həyəcanı siqnalı verildikdən sonra partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub.