CƏMİYYƏT


Naxçıvanda qəzadan sonra yanan avtomobildən iki nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Khazar” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobildə həyati təhlükəli vəziyyətdə qalıb.