Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevə kamikadze dron hücumu nəticəsində yaşayış binası dağılıb AZƏRTAC-ın müxbiri hadisə yerində

13.07.2023 [13:07]

Xəbərin mətni

Rusiya silahlı qüvvələri iyulun 13-nə keçən gecə paytaxt Kiyevə kamikadze dronlarla kütləvi hücum edib.
AZƏRTAC xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında hava həyəcanı siqnalı verildikdən sonra partlayış səsləri eşidilməyə başlanıb. Hava hücumundan müdafiə sistemi işə düşüb. Zərərsizləşdirilən dronların dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub.