DÜNYA


Türkiyə 15 iyul şəhidlərinin xatirəsini anır

Türkiyə xalqı 15 iyul dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həlak olanları xatirəsini ehtiramla yad edir.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, “Demokratiya və Milli Birlik Günü” münasibətilə 15 İyul Şəhidlər Körpüsünə Türkiyənin dövlət bayrağı sancılıb, həmçinin körpü üzərinə “7 il əvvəl bu gün 34 can vətən naminə şəhid oldu” və “Vətən və millət eşqinə” sözləri yazılmış nəhəng plakatlar asılıb.