DÜNYA


Cənubi Koreyada leysan nəticəsində ölənlərin sayı 49-a çatıb

Cənubi Koreyada şiddətli yağışların səbəb olduğu fəsadlar, o cümlədən daşqın, sürüşmə, palçıq axını nəticəsində ölənlərin sayı 49-a çatıb, azı 9 nəfər itkin hesab olunur.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bir neçə gündür davam edən leysan yağışları ölkənin müxtəlif bölgələrində infrastruktura, fərdi evlərə xeyli ziyan vurub. Ölüm hallarının çoxu torpaq sürüşməsi nəticəsində baş verib.