CƏMİYYƏT
Şirkətin şəbəkə və data serverlərinə kiberhücum edən dəstə üzvləri saxlanılıb
Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə Daxili İşlər Nazirliyinə məlumatlar daxil olub. Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60.000 manata satarkən saxlanılıblar.