Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda maşını sel apardı

17.07.2023 [16:29]

Xəbərin mətni

İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.
AZƏRTAC xəbər verir ki, hadisə bu gün İsmayıllı rayonu ərazisində baş verib. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI