Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Prezident Ərdoğan: Mən Putinin Taxıl Dəhlizi Sazişinin davam etməsini istədiyinə inanıram

17.07.2023 [18:03]

"Rusiya Prezidenti Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm".
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib. "Taxıl sazişi ilə bağlı Ərdoğan “Səfərdən qayıdanda Putinlə danışacam" deyib.