DÜNYA


“Talim” tayfunu səbəbindən Honkonq sakinləri sığınacaqlara yerləşdirildi

Honkonqda bu gün aktiv olacaq “Talim” tayfunu səbəbindən hökumət tərəfindən bəzi tədbirlər görülüb.
AZƏRTAC “Orange News”a istinadən xəbər verir ki, tədbirlər nəticəsində təhsil müəssisələri və digər ictimai yerlər müvəqqəti olaraq bağlanılıb. Bundan başqa, 16 təyyarə reysi təxirə salınıb, 100 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.