DÜNYA


Çinin ən iri kruiz gəmisi sınaq səfərinə başlayıb

Çinin yerli istehsal ən iri kruzi gəmisi olan "Adora sehrli şəhər” sınaq səfərinı başlayıb.
Şanxay şəhərindəki limandan yola düşən gəminin 9 günlük sınaq səfəri zamanı naviqasiya sistemi, texniki göstəriciləri, hərəkəti, yanacaq təminatı sistemi yoxlanılacaq. Gəminin növbəti sınaq səfəri avqustda reallaşacaq.
Çin dövlət gəmiqayırma korporasiyanın istehsalı olan "Adora sehrli şəhər” gəmisinin çəkisi 135 min ton, sərnişin tutumu 6500 nəfərdir. Lüks oteli, bir neçə kinoteatrı, mağazaları, akvapark və digər istirahət-əyləncə obyektləri olan gəminin bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılıb.