CƏMİYYƏT


Zəngilanın Ağalı kəndinə ilk köçün bir ili tamam olur

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlara 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə nəticəsində məcburi köçkünlərin qayıdışına imkan yarandı.