Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda sərxoş vəziyyətdə mağaza yandıran şəxslər saxlanılıb

19.07.2023 [11:14]

Xəbərin mətni

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmraslanov və onun yeniyetmə qohumu müəyyən edilərək saxlanılıblar.