Çində “Talim” qasırğasına görə 230 min nəfər təxliyə edilib
19.07.2023 [16:38]
Sakit okean regionunda bu il dördüncü tropik qasırğa olan “Talim”in mümkün fəsadlarına görə Çində 230 min nəfər təxliyə edilib.
AZƏRTAC Çinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, təxliyə olunanlar Quandon vilayətinin sahil qəsəbələrinin sakinləridir. Qasırğa ilə əlaqədar Quandon vilayətində fövqəladə hazırlıq səviyyəsi 2-ci dərəcəyə yüksəldilib. Tədris və istehsal prosesi dayandırılıb, turizm, əyləncə-istirahət mərkəzləri bağlanıb, balıqçı gəmiləri sahilə geri çağırılıb.