SİYASƏT


Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 jurnalistin adları "qara siyahı"dan çıxarılıb

Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat iyulun 19-da XİN, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat konfransında qəbul edilib.
Bəyanatın mətnini XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib. Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarılır.