CƏMİYYƏT
İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilən 46 kq narkotik aşkarlanıb
21.07.2023 [10:20]
Xəbərin mətni
İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb.