CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti İrpendə səfərdə olub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərində səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimizin İrpen şəhərinin bərpasında iştirak etmək məqsədilə dağılmış binalara, ərazilərə baxış keçirməkdir. Nümayəndə heyətinə komitənin mütəxəssisləri də daxildir.