DÜNYA


Çinin ən iri gölündə suyun səviyyəsi kəskin azalıb

Çinin ən iri gölü olan Poyanın səthinin sahəsi son vaxtlar havaların çox isti keçməsi səbəbindən 1070 kvadratkilometr kiçilib.
AZƏRTAC Poyan gölünün yerləşdiyi Ciansi vilayətinin hidrologiya departamentinin məlumatına istinadla xəbər verir ki, iyunun 29-da gölün səthi 2590 kvadratkilometr olduğu halda, son günlər bu rəqəm 1520 kvadratkilometrə qədər azalıb.