CƏMİYYƏT


Ağstafada 8 min il əvvələ aid tapıntılar

Ağstafada Neolit dövrünü əks etdirən “Çağrıtəpə” abidəsində artıq 4-cü arxeoloji qazıntı mövsümüdür ki, tədqiqat işləri aparılır və hazırda işlərin növbəti mərhələsinə başlanılır. Belə ki, arxeoloji qazıntı işlərinin aparıldığı üst qat götürüləcək və alt qatlarda tədqiqat işləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası ərazidə qazıntını davam etdirir. Burada təxminən 8 min il əvvələ aid Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib.