DÜNYA


Şimali Koreyada hərbi parad keçirilib

Koreya Xalq Demokratik Respublikasında (KXDR) 1950-1953-cü illər Koreya müharibəsinin yekununda atəşkəsin imzalanmasının 70-ci ildönümü münasibətilə hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi hadisə şahidlərinə istinadla məlumat yayıb. Koreya müharibəsinin atəşkəs razılaşması Şimali Koreyada Qələbə günü kimi qeyd olunur. Paytaxt Pxenyanda keçirilmiş parad yerli vaxtla saat 20:00-da başlayıb.