CƏMİYYƏT


Moped sürücülərinin diqqətinə

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Müraciətdə bildirilib ki, Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir: “Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi avqustun 1-dən etibarən inzibati məsuliyyət yaradacaq. Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq”, -deyə müraciətdə qeyd olunur.