CƏMİYYƏT


Daha 12 laçınlı ailə öz evinin açarlarını təhvil alıblar

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 12 ailə öz evinin açarlarını təhvil alıb.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara açarların təqdim etmə mərasimi olub. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıb. Daha sonra onlar evlərində məskunlaşıblar. Bununla da, Laçın şəhərində 180 ailə, yəni 700 nəfərin daimi məskunlaşması təmin edilib.