DÜNYA


Kiyevə və Odessaya dron hücumları olub

Rusiya silahlı qüvvələri avqustun 2-nə keçən gecə Ukraynanın Kiyev və Odessa şəhərlərinə kamikadze dronları ilə hücum edib.
AZƏRTAC-ın xüsusi müxbirinin məlumatına görə, həyəcan siqnalı verildikdən sonra, yerli vaxtla 02:50-dən başlayaraq Kiyevdə güclü partlayış səsləri eşidilməyə başlayıb. Hava hücumundan müdafiə sistemi işə düşüb.
Ukrayna silahlı qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı pilotsuz təyyarələrin müxtəlif istiqamətlərə buraxılması ilə bağlı xəbərdarlıq edib.