DÜNYA
Çində daşqınlar fəsadlar törətdi
02.08.2023 [15:45]
Çinin paytaxtı aramsız leysan yağışlarının səbəb olduğu misli görünməmiş daşqınlarla üzləşib.
AZƏRTAC Sinxua agentliyinə xəbər verir ki, xilasedicilər Pekin məhəllələrinin birində bloklanmış vəziyyətdə qalan insanların köməyinə çatmağa çalışırlar. Helikopterlər yolları su altında qalmış ucqar ərazilərə ləvazimatlar daşıyır.
Son bir neçə gündə təbii fəlakət nəticəsində azı 20 nəfərin həlak olduğu, regionun müxtəlif şəhərlərində 133 mindən çox insanın zərər çəkdiyi bildirilir. Aramsız yağan yağışlar küçələri su altında qoyub, ağaclar kökündən çıxıb, elektrik xətləri zədələnib.
22.09.2023 [13:09]
22.09.2023 [09:44]
22.09.2023 [02:10]
22.09.2023 [01:55]
22.09.2023 [01:49]
21.09.2023 [16:43]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
09.09.2023 [18:16]
18.09.2023 [13:47]
13.09.2023 [12:42]