CƏMİYYƏT


Tovuzda avtomobil qəzasında 3 nəfər xəsarət aldı

Tovuzda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. İki "Mercedes" markalı avtomobil toqquşub. Nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bunlar Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Tofiq qızı Qasımova bacılarıdır. Onlar dərhal mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.