Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artıb
04.08.2023 [15:29]
Xəbərin mətni
Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.
Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.