CƏMİYYƏT


Xaçmazda meşə massivinin yaxınlığında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Sibiroba kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində təxminən 500m² sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.