Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 11-ə çatdı

05.08.2023 [13:07]

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Nazir bildirib ki, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 35 nəfərin axtarışları davam etdirilir.