Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tank bölmələrində intensiv döyüş hazırlığı məşğələləri keçirilir

07.08.2023 [10:16]

Xəbərin mətni

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə təhlükəsizlik qaydaları çatdırılıb.
Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI