Tehranda binada partlayış baş verib
07.08.2023 [13:41]
Tehranda yaşayış binasında güclü partlayış baş verib. Hadisə nəticəsində binanın böyük bir hissəsi dağılıb. Ətrafdakı üç-dörd binaya və mağazaya da ziyan dəyib. İndiyədək dağıntılar altından 12 nəfər çıxarılıb.