Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında tikilən yeni evlərdə günəş panelləri quraşdırılıb

07.08.2023 [15:51]

Xəbərin mətni

Yenidən qurulan Laçın şəhəri təkcə gözəlliyi ilə deyil, həm də sakinlərin rahatlığı üçün yaradılan şəraiti ilə də diqqət çəkir.
Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində əsaslı təmirə yararlı evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb.