Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub

07.08.2023 [21:30]

Xəbərin mətni

Avqustun 7-də “Gülüstan” sarayında “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Avropa İttifaqının Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, dövlətimiz gənclər siyasətinə böyük önəm verir. Vurğulayıb ki, ölkəmizdə Gənclər Günü qeyd olunur, Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşlər keçirir, onları təltif edir.