CƏMİYYƏT


DYP-dən isti hava şəraiti ilə bağlı sürücülərə müraciət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.