Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turistləri daşıyan avtobus Ağsu dolaylarında qəzaya uğradı

08.08.2023 [14:50]

Xəbərin mətni

Ağsu dolaylarında iri tutumlu avtobus qəzaya uğrayıb. İlkin məlumatlara görə içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən Muğanlı- İsmayıllı avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində idarəetməni itirib. Yoldan çıxan avtobus kənardakı ağaca çırpılıb Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir.