CƏMİYYƏT


Laçın yaylaqlarında yak təsərrüfatı inkişaf etdirilir

Laçın rayonun yüksək dağlıq ərazilərində pilot layihə çərçivəsində yaradılmış yak təsərrüfatında döl prosesi başa çatıb. Döl dövründə təsərrüfatda 33 baş buzov doğulub. Ölkəmizə qısa müddətdir ki, gətirilən bu heyvanlar daimi müşahidə altındadır, onların çəki artımı, böyümə sürəti, iqlim dəyişiklikləri zamanı davranışları ilə bağlı qeydiyyat aparırlar.