CƏMİYYƏT


İmişlidə pivəlik arpa emalı zavodunun təməli qoyulub

Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək.