CƏMİYYƏT


Prezidentin Samuxda bərpa etdiyi yeni obyektlər

Ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin mədəni inkişafı, sosial vəziyyətinin yaxşılaşdırılması və ona göstərilən səhiyyə xidmətlərinin ən müasir səviyyədə olması daim diqqət mərkəzində saxlanılır. Avqustun 7-də Prezident İlham Əliyevin Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının və Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışlarında iştirak etməsi bunun bariz nümunəsidir.