DÜNYA


“Kanun” qasırğası Cənubi Koreyaya doğru yaxınlaşır

Yaponiyanın cənub-qərbində yerləşən adalarda bir həftədən artıqdır təsirini davam etdirən, şiddətli yağışlara səbəb olan “Kanun” qasırğası Cənubi Koreyaya doğru yol alıb.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreya Hava Limanları İdarəsindən verilən açıqlamaya görə, görülən tədbirlər çərçivəsində tayfunun ilk çatacağı Jeju adasına 144 aviareys ləğv edilib. Ada ilə materik arasında bərə xidmətləri dayandırılıb, ölkə daxilində 39 yol, 26 dayanacaq və 613 gəzinti yolundan istifadə qadağan olunub.