Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda 13 yaşlı yeniyetmənin dənizdən meyiti tapıldı

09.08.2023 [16:22]

Xəbərin mətni

Şabran rayonun Pirəbədil Kənd sakini, 13 yaşlı Dəmirov Elmir Əlizaman oğludur. Yeniyetmə ailəsi ilə birlikdə istirahət zamanı Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə çimərkən boğulub. Hadisə ilə bağlı məlumat verildikdən sonra axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Elmir Dəmirovun meyiti bu gün səhər saatlarında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.