Nabran yolunda ağır qəza: Ölən və yaralanan var
10.08.2023 [11:25]
Xəbərin mətni
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Nabran istirahət zonasındakı Şimali kəndi ərazisində qeydə alınıb.
Belə ki, “40-BT-399” dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.