SİYASƏT


Hərbi hissələrin hərtərəfli təminatına xüsusi diqqət yetirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunmuş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də camaşırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir.