CƏMİYYƏT


Ölkəyə narkotik vasitə gətirən əsas fiqurlardan iki nəfəri həbs edildi

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha iki nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub.
Araşdırmalar nəticəsində Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı “Səxavət” adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyənləşdirilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonunun ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.