DÜNYA
Rusiya 50 ildən sonra Aya ekspedisiya göndərdi
11.08.2023 [11:21]
Rusiyanın “Soyuz-2.1b” raketi “Luna-25” kosmik gəmisini müvəffəqiyyətlə Yerin orbitinə çıxarıb. Bu barədə “Roskosmos”dan məlumat verilib. Kosmik gəmi Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromundan buraxılıb. Əgər hər şey plan üzrə getsə, beş gündən sonra stansiya 100 km hündürlükdə Ayın yaxın qütb orbitinə daxil olacaq. Cənub qütbünün ərazisində optimal eniş yerini seçmək üçün burada daha üç-yeddi gün qalacaq. “Roskosmos”un planına görə, modul “Boquslavski” kraterinin yaxınlığında yerləşdiriləcək. Layihənin yekun mərhələsinin 2035-ci ildən sonrakı dövrdə tamamlanması nəzərdə tutulub ki, o zamana qədər Ayda tam şəkildə ziyarət edilə bilən bazanın tikintisi başa çatmalıdır.
22.09.2023 [13:09]
22.09.2023 [22:50]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
09.09.2023 [18:16]
18.09.2023 [13:47]
13.09.2023 [12:42]