CƏMİYYƏT


Laçın sakini ata-baba yurdunu ziyarət edib, təəssüratını bölüşüb

Laçın rayonunun Bozlu kəndindən məcburi köçkün olan Hüseyn Oruc oğlu Rəfiyev ata-baba yurdunu, anadan olduğu evi ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda o, səfər təəssüratını bölüşüb, bu yerlərdə aparılan bərpa-quruculuq işlərinə münasibət bildirib.