DÜNYA
Havay adalarında baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb
11.08.2023 [14:23]
Havay adalarında meşə yanğınları nəticəsində azı 53 nəfər ölüb.
Yanğınsöndürmə işləri davam etdirilir. Lahainada yanğın nəticəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.
Ştat qubernatoru Coş Qrin telekanala bildirib ki, qurbanların sayı 60 nəfəri keçə bilər. O, 1960-cı ildə 61 nəfərin ölümünə səbəb olan sunamini xatırladıb.
Güclü meşə yanğınları səbəbindən Maui adasından 14 mindən çox insan təxliyə edilib.