Lənkəranda təhlükə saçan çimərlik
11.08.2023 [14:54]
Xəbərin mətni
Hər yay fəslində, çimərlik mövsümü açılanda insanlar boğulma təhlükəsi ilə üz-üzə qalırlar. Hər dəniz mövsümü eyni zamanda çimərliklərdə batan şəxslərlə bağlı gündəm olur. Elə Lənkəranda ard-arda qeydə alınan boğulma halları kimi. Sütəmurdov kəndində olan bu çimərlikdə son bir ayda 9 nəfər batıb. Qeyri-çimərlik ərazilərində baş verən boğulma hallarında insanların həyatını xilas etmək mümkün olmur.