Xaçmazda fındıq yığımıdır
11.08.2023 [19:20]
Xəbərin mətni
Xaçmazın fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar. Bağlarda məhsuldarlıq yüksəkdir.