İran məbədində baş verən terror aktının yeni görüntüləri yayıldı
14.08.2023 [00:25]
Xəbərin mətni
İranın Fars vilayətinin Şiraz şəhərində Şah- Çərəq məbədində terror aktı törədilib.
AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, iki silahlı Şah-Çərəq ziyarətgahına daxil olmaq istəsə də, ziyarətgahdakı təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşib.
Silahlılar məqbərənin girişində olanlara atəş açmağa başlayıblar. Nəticədə azı 4 nəfər həlak olub. Terrorçulardan birinin cinayət yerində öldürüldüyü, digərinin isə hələ də azadlıqda olduğu bildirilir.